[b]Çexiyalılardan qadağa, "Qarabağ"dan bəyanat[/b]
26.07.2016 - 00:15
[b]Çexiyalılardan qadağa, "Qarabağ"dan bəyanat[/b]

"Qarabağ" bəyanat yayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bəyanatda Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Çexiyada “Viktoriya" ilə keçiriləcək matçın yayımının baş tutmayacağı bildirilir: "Ötən mərhələdə “F91 Düdelanj”la matçda teleyayım olmadığı üçün klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalımızla canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımda verilməsi ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərməyib".

Sonda qeyd olunur ki, “Viktoriya Plzen” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb.

 

0