[b]Qurban Qurbanov: Cütün favoriti "Viktoriya"dı[/b]
26.07.2016 - 00:20
[b]Qurban Qurbanov: Cütün favoriti "Viktoriya"dı[/b]

“Rəqib tarixi olan klubdu və son illərdə qazandığı uğurlar da göz qabağındadı". Apasport.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" Çexiyada "Viktoriya"nın qonağı olacaq. Qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında rəqibi tərifləyən Qurbanov komandasının uğurlu nəticə qazanacağına inandığını vurğulayıb: "Rəqibimiz güclüdü, yaxşı futbolçulara malikdi, istənilən halda, bu cütün favoriti sayılır. Ardıcıl üçüncü ildi bu mərhələdə mübarizə aparırıq. “Viktoriya”nı ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız “Monako”, “Anderlext” və ya “Tottenhem”lə müqayisə etməzdim, rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə “Viktoriya” ilə oynadığımız yoxlama görüşündən cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır, ötən il də bir neçə tur qalmış çempion olmuşdular. Yeni baş məşqçi ilə belə turnirdə ilk matçlarına çıxacaq, bu baxımdan rəqibin necə oynayacağı gözlənilməzdi. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bizə xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”.

 

Xatırladaq ki, "Viktoriya" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:15 start götürəcək.

0