“Sumqayıt” Türkiyədən məğlub qayıdır
26.07.2016 - 09:19
“Sumqayıt” Türkiyədən məğlub qayıdır

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Türkiyənin 1-ci liqa təmsilçisi "Giresunspor"la qarşılaşıb.

 

"Sumqayıt" bu matçda meydanı 1:2 hesabı ilə məğlub tərk edib. “Gənclik şəhəri” təmsilçisinin yeganə qolunu Mirabdulla Abbasov vurub.

 

Qeyd edək ki, "Sumqayıt" bu gün Bolunu tərk edərək vətənə yola düşüb.

0