[b]Çexiya çempionu “Qarabağ”la oyuna hansı heyətlə çıxacaq?[/b]
26.07.2016 - 10:52
[b]Çexiya çempionu “Qarabağ”la oyuna hansı heyətlə çıxacaq?[/b]

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Viktoriya”nın qonağı olacaq. Apasport.az saytının məlumatına görə, Çexiya mətbuatı Plzen təmsilçisinin ehtimal heyətini müəyyənləşdirib.

 

Həmkarlarımızın fikrincə, “Viktoriya” “Qarabağ”la görüşə bu “11-lik”lə çıxacaq: Matuş Kozaçik, Aleş Mateyu, Yan Baranek, Roman Hübnik, David Limberski, Patrik Hroşovski, Tomaş Horava, Milan Petrjela, Daniel Kolar, Yan Kovarik, Mixal Duriş.

 

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:15-də start götürəcək. 

0