[b]PFL prezidenti: Mütəxəssislər elə dərindən fikirləşirlərsə, ideya versinlər[/b]
26.07.2016 - 15:12
[b]PFL prezidenti: Mütəxəssislər elə dərindən fikirləşirlərsə, ideya versinlər[/b]

“Bəziləri deyir ki, filan kubok keçirək, oyunların sayı artıq olmalıdı. Amma biz təqvimi yığmanın baş məşqçisinin proqramına əsasən tərtib edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

 

Bu gün Topaz Premyer Liqasının 2016/2017 mövsümünün püşkatmasından sonra jurnalistlərin suallarını cavablandıran Musayev maraqlı fikir səsləndirib.

 

PFL başqanı “Çempionatda 8 komandanın olması oyunların sayını azaldacaq. Ağasəlim Mircavadov daxil olmaqla, mütəxəssislər matçların sayının çox olmasının futbolçu üçün vacib olduğunu bildirirlər” fikrinə belə münasibət bildirib: “Ağasəlim Mircavadov elə deyirsə, “Neftçi”də mənimlə birlikdə işləyəndə niyə əlavə oyun salmırdı? Hamı milli komandanın marağına riayət etməlidi. Yığmanın oyunu var və baş məşqçi məndən təlim-məşq toplanışı üçün vaxt istəyir. Nə edim, o vaxtı verməyim? Mütəxəssislər elə dərindən fikirləşirlərsə, ideya versinlər də. Superkubokun keçirilməsini komandalarımız istəyirdilər. Onları yığıb, soruşdum ki, hazırsızmı? Dedilər ki, mənim adım olmasın, bizə Superkubok lazımdı? Çempionat aprel ayında bitəcək. Mayda isə turnir keçirəcəyik. Komandalar orda da 5 oyun keçirsələr, bəsdi”.

 

 

0