[b]Vəli Qasımov: Onu “Neftçi”yə gətirmək istəyirdim...[/b]
26.07.2016 - 15:20
[b]Vəli Qasımov: Onu “Neftçi”yə gətirmək istəyirdim...[/b]

“Budaq Nəsirovun Portuqaliyanın “Sportinq” klubuna keçidinə sevindim. Hərçənd, onu “Neftçi”yə gətirmək istəyirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Futbolçu karyerası ərzində Portuqaliyada legioner həyatı yaşamış və bu ölkənin çempionatına yaxından bələd olan mütəxəssis Azərbaycan yığmasının oyunçusu Budaq Nəsirovun “Sportinq”ə keçidinə münasibət bildirib. O qeyd edib ki, “Neftçi”nin də heyətinə qatmaqda maraqlı olduğu yarımmüdafiəçi Lissabon klubunda uğurlu çıxış edə bilər: “Çox çalışsaq da, Nəsirovun “Neftçi”yə keçidi alınmadı. İndi ona azarkeşlik edəcəm. “Sportinq” Portuqaliyanın top-klubudu. Budaq bildiyim qədəri “Sportinq”in əsas yox, B komandasında oynayacaq. Orda möhkəmlənəcəyinə şübhə etmirəm”.

 

Qeyd edək ki, Nəsirov 1+4 il sistemi ilə müqavilə imzaladığı “Sportinq”in B komandasına keçib.

0