[b]“Qəbələ”nin rəqibi hücumçusu ilə vidalaşdı[/b]
26.07.2016 - 15:40
[b]“Qəbələ”nin rəqibi hücumçusu ilə vidalaşdı[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Lill” bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Ronni Rodelinlə əməkdaşlıq rəsmi şəkildə başa çatıb.

 

Ötən mövsümü icarə əsasında “Kan”da keçirən 27 yaşlı futbolçu elə bu klubla müqavilə imzalayıb. “Kan” rəhbərliyi Rodelinin transfer hüququnu birdəfəlik alıb.

 

Qeyd edək ki, karyerası ərzində “Rodez”, “Nant”, “Trua” və “Muskron” klublarının da formasını geyinmiş Rodelin 2011-ci ildən “Lill”in futbolçusu idi. O, bu komandanın heyətində Fransa çempionatında 78 oyunda 5 qola imza atıb. 

0