[b]“Bu bizim üçün xoş xəbərdi, amma...” – “Lill”in baş məşqçisi[/b]
26.07.2016 - 16:47
[b]“Bu bizim üçün xoş xəbərdi, amma...” – “Lill”in baş məşqçisi[/b]

“Eder Avropa çempionatının final mərhələsində iştirak etdiyi üçün düşərgəmizə yeni qayıdıb. Onun məzuniyyətdən dönməsi bizim üçün xoş xəbərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lill”in baş məşqçisi Frederik Antonetti deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Fransa təmsilçisinin çalışdırıcısı açıqlama verib. Ölkəsinin mətbuatına danışan Antonetti “qırmızı-qaralar”la ilk oyunöncəsi heyətdəki problemlərdən söz açıb.

 

O bildirib ki, “Qəbələ” ilə Fransadakı qarşılaşmada iki futbolçunun iştirakı sual altındadı: “Ederin qayıdışı bizi sevindirsə də, iki oyunçumuz hələ də zədədən əziyyət çəkir. Söhbət İbrahim Amadu və Munir Obbadidən gedir. Bundan əlavə, aparıcı futbolçularımızdan olan Cibril Sidibe “Monako”ya keçdi”.

 

Ötən ildən “Lill”i çalışdıran 55 yaşlı məşqçi bunları əlavə edib: “Vaxt tez keçir. Futbol elə bir idman növüdü ki, burda qısa zamanda komanda qurmaq olmur. Əfsuslar olsun ki, bu, belədi”.

 

Qeyd edək ki, “Lill”in “Qəbələ” ilə ilk görüşü iyulun 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.  

0