[b]İquain rəsmən "Yuventus"da[/b]
26.07.2016 - 22:35
[b]İquain rəsmən "Yuventus"da[/b]

Argentina yığmasının üzvü Qonsalo İquainin karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı forvard "Napoli"ni İtaliyanın başqa klubuna dəyişib.

 

Belə ki, İquain "Yuventus"la anlaşıb. Turin təmsilçisi təcrübəli futbolçunun keçidini rəsmiləşdirib. Bu transfer "qoca sinyora"ya 90 milyon avroya başa gəlib.

 

İquainlə "Yuventus" arasında 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, karyerası ərzində "River Pleyt" və "Real" klublarının da formasını geyinmiş İquain 2013-cü ildən "Napoli"də çıxış edirdi. 

0