[b]"Qarabağ"ın aparıcı üzvü zədələndi[/b]
26.07.2016 - 23:57
[b]"Qarabağ"ın aparıcı üzvü zədələndi[/b]

"Qarabağ"ın aparıcı oyunçularından olan Ansi Aqolli zədələnib. Apasport.az saytının məlumatına görə, albaniyalı müdafiəçi Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin "Viktoriya" ilə keçirilən ilk görüşündə sıradan çıxıb.

Belə ki, ikinci hissənin gedişində Aqollinin əzələsi dartılıb. Nəticədə təcrübəli futbolçu oyunu davam etdirə bilməyib. 79-cu dəqiqədə əvəzlənən Aqolli yerini İlqar Qurbanova təhvil verib.

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək. 

0