[b]“Bu imkanlardan yararlanmalı idik” – Roman Pivarnik[/b]
27.07.2016 - 01:17
[b]“Bu imkanlardan yararlanmalı idik” – Roman Pivarnik[/b]

“Biz daha fəal olub, müsbət nəticə qazanmaq istəyirdik. Lakin rəqib çox yaxşı komanda olduğunu bir daha təsdiqlədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun baş məşqçisi Roman Pivarnik deyib.

 

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la qarşılaşması (0:0) haqda fikirlərini açıqlayıb: “Oyun ərzində iki çox əlverişli qol imkanımız oldu. Həmin imkanlardan yararlanmalı idik. İkinci hissədə təzyiqi daha da artırdıq. Amma belə olanda “Qarabağ” əks-hücumlar üçün imkan qazandı. Bu üzdən təzyiqi nisbətən azaltmağa məcbur olduq. Xüsusilə də Yan Baranekin meydanı tərk etməsindən sonra. Qələbə qazanmadıqda evdə ən qənaətbəxş nəticə qolsuz heç-heçədi. Azlıqda qalandan sonra risk edib, irəli atılmaq cəsarət tələb edirdi. Bunun olmadığı üçün oyunçularımı qınaya bilərəm”.

0