[b]“Bu vəzifənin yarısının öhdəsindən gəldik” – Roman Hubnik[/b]
27.07.2016 - 01:31
[b]“Bu vəzifənin yarısının öhdəsindən gəldik” – Roman Hubnik[/b]

“Qarabağ”ı qol buraxmadan məğlub etmək istəyirdik. Bu vəzifənin yarısının öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun kapitanı Roman Hubnik deyib.

 

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ev oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Lakin qolsuz heç-heçə cavab matçı öncəsi ümidvericidi. Səfərdə bizə qol vurmaq lazımdı. Rəqib evdə oynadığından irəli atılacaq və bizə əks-hücum üçün boşluqlar yaranacaq. Bizim də xoşumuz gələn elə budu. Artıq arxada qalan matça gəlincə, biz çox yaxşı oynadıq, pressinq etməyə çalışdıq. Bu da rəqibə sürətli əks-hücum imkanları verdi. Amma onları da zərərsizləşdirdik. Cavab oyunu öncəsi mərhələ keçmək şansları 50-nin 50-yədi”.

 

 

0