[b]Mövsümün antirekordu[/b]
27.07.2016 - 10:04
[b]Mövsümün antirekordu[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” ilə Çexiyada keçirilən ilk qarşılaşması mövsümün antorekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2016/17 mövsümündə ilk dəfə Azərbaycan klubu avrokubok matçını çərçivəyə zərbə vurmadan bitirib.

 

Belə ki, “Qarabağ” 90 dəqiqə ərzində Plzen təmsilçisinin qapısını dəqiq nişan ala bilməyib. 15 dəqiqə azlıqda da qalan rəqiblə matçadək təmsilçilərimiz belə uğursuzluq yaşamamışdı. Mövsümün əvvəlki 14 görüşündə klublarımız ən azı 2 dəfə çərçivəyə düşmüşdü.

 

Bunadək antirekord iki matça təsadüf etmişdi. “Daçiya” – “Kəpəz” və “Qarabağ” – “Düdelanj” qarşılaşmalarında təmsilçilərimiz 2 zərbəylə kifayətlənmişdi.

 

Qeyd edək ki, mövsümün rekordu “Samtredia” ilə ev oyununda 8 dəfə dəqiq zərbə vurub, bunun 5-də qola sevinən “Qəbələ”yə məxsusdu.

 

8 zərbə

“Qəbələ” – “Samtredia” – 5:1

5 zərbə

MTK – “Qəbələ” – 1:2

4 zərbə

“Baltsan” – “Neftçi” – 0:2

“Neftçi” – “Baltsan” – 1:2

“Kəpəz” – “Admira” – 0:2

“Düdelanj” – “Qarabağ” – 1:1

“Qəbələ” – MTK – 2:0

“Şkendiya” – “Neftçi” – 1:0

3 zərbə

“Kəpəz” – “Daçiya” – 0:0

“Samtredia” – “Qəbələ” – 2:1

“Admira” – “Kəpəz” – 1:0

“Neftçi” – “Şkendiya” – 0:0

2 zərbə

“Daçiya” – “Kəpəz” – 0:1

“Qarabağ” – “Düdelanj” – 2:0

0 zərbə

“Viktoriya” – “Qarabağ” – 0:0

0