[b]Eder “Qəbələ”yə qarşı oynayacaqmı?[/b]
27.07.2016 - 10:35
[b]Eder “Qəbələ”yə qarşı oynayacaqmı?[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” ilə matçda “Lill”in hücumçusu Ederin iştirak edib-etməyəcəyi maraqla gözlənilir. Apasport.az saytı xəbər verir ki, Fransa mətbuatı portuqaliyalı futbolçunun sabahkı qarşılaşmada forma geyinmək şansının yüksək olduğunu yazıb.

 

Portuqaliya yığmasının heyətində AÇ-2016-nın qalibi adını qazanmış Eder ona verilən istirahət müddətindən tam istifadə etməyib. Belə ki, finalda vurduğu qolla ölkəsinə Avropa çempionluğu qazandıran forvardın yay tətilindən 1 həftə tez qayıdaraq, “Lill”in düşərgəsinə qoşulması diqqət çəkib.

 

“Lill”in baş məşqçisi Frederik Antonetti də açıqlamasında Ederin “Qəbələ”yə qarşı oynaya biləcəyini vurğulayıb.

 

Əvəzində Fransa təmsilçisinin digər aparıcı üzvü Sofian Bufal komandamıza qarşı matçda iştirak etməyəcək. Buna səbəb Bufalın zədəsini hələ sağaltmamasıdı.

 

Qeyd edək ki, “Lill” – “Qəbələ” qarşılaşması sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

0