[b]“Altılıq”da[/b]
27.07.2016 - 11:41
[b]“Altılıq”da[/b]

Çempionlar Liqasında çıxış edən klubların statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” turnirdə çərçivəyə ən az zərbə vuran komandalardandı.

 

Təmsilçimiz 3 görüşdə 6 dəfə qapını dəqiq nişan alıb. Bu da orta göstəricinin 2-yə bərabər olması deməkdi. “Qarabağ” bu göstəricidə yarışda mübarizəyə başlamış 47 komanda arasında ən zəif 6 klubdan biridi.

 

Ağdamlılar “Hafnarfyordur”la eyni nəticəyə malikdi. Sonuncular 2 matçda 4 dəfə çərçivəyə düşüblər. Bu iki klub 5-6-cı yerləri bölüşür.

 

Antirekord isə “Liepaya”ya məxsusdu. 2 görüşdə 1 dəfə çərçivəyə zərbə endirən latviyalıların orta göstəricisi 0,50-di. 2 oyun keçirən “Mladost” və hərəyə 1 dəfə meydana çıxan “Viktoriya” ilə “Yanq Boyz”un orta göstəricisi isə 1-ə bərabərdi.

 

Qeyd edək ki, 2 matçda 19 dəqiq zərbə vuran “Seltik” hələlik hamıdan öndə qərarlaşıb – 9,50

0