İlk dəfə Rioda
27.07.2016 - 16:32
İlk dəfə Rioda

Rio-2016-da Olimpiya Oyunları tarixində ilk qeydə alınacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb Braziliyaya yola düşən Gürcüstan idmançılarıdı.

 

Belə ki, yarışın 120 illik tarixində ilk dəfə ana və oğul eyni Olimpiadaya qatılacaq. Gürcüstanın güllə atıcıları Nino Saulukvadze və oğlu Sotni Maçavariano Braziliyada mükafat qazanmağa çalışacaq.

 

1988-ci ildə Seul Olimpiadasının çempionu olan Nino həm də 8-ci dəfə bu mötəbər yarışa qatılacaq 3-cü qadın olacaq. Yozefa İdem artıq bunu gerçəkləşdiribsə, Lesli Tompson da gürcü kimi Rio-da 8-ə çatacaq.

 

Qeyd edək ki, 18 yaşlı Sotne ilk dəfə Olimpiadaya qatılacaq.

0