[b]“Admira” “Kəpəz”dən yaxşı komandadı” – Milan Baroş[/b]
27.07.2016 - 16:55
[b]“Admira” “Kəpəz”dən yaxşı komandadı” – Milan Baroş[/b]

“Məşqçimiz “Admira”nın oyunlarının videosunu bizə göstərib. Gənc komanda olsa da, keyfiyyətli oyunçulara sahibdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Slovan” klubunun futbolçusu Milan Baroş deyib.

 

Liberets təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində sabah “Admira” ilə üz-üzə gələcək. II mərhələdə “Kəpəz”i mübarizədən kənarlaşdıran Avstriya təmsilçisi “Slovan” üçün təhlükəli rəqib sayılır.

 

Bunu təcrübəli futbolçu Baroşun da açıqlamasından anlamaq mümkündü. Ölkəsinin mətbuatına danışan 35 yaşlı forvard “Admira”nı tərifləyib. O, Mödlinq klubunun “Kəpəz”lə müqayisədə daha güclü komanda olduğunu bildirib: “Rəqibimiz, xüsusilə, hava toplarında təhlükəlidi. Amma onların zəif cəhətlərini də müəyyənləşdirmişik. “Admira”nı cəzalandıra bilərik. Şübhəsiz, bu komandanı zəif rəqib adlandıra bilmərəm. Amma onlarla yaxşı hazırlaşmışıq və bunu meydanda göstərəcəyik. “Admira” ilə “Kəpəz” klubları arasında müqayisə apara bilmərəm. Amma onlar “Kəpəz”i mübarizədən kənarlaşdırıblarsa, deməli, daha güclüdülər. “Admira”, doğrudan da, “Kəpəz”dən yaxşı komandadı. Əsas odu ki, uzun yol qət etməli olmayacağıq. Avstriyaya 1 saata çatmaq 6 saatlıq yol qət etməkdən yaxşıdı”.

 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyununda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gələn “Admira” Bakıdan 2:0 hesablı qalibiyyətlə ayrılmışdı.

 

 

 

0