[b]“Qarabağ” Premyer Liqaya yüksələn klubu arxada qoydu[/b]
27.07.2016 - 18:05
[b]“Qarabağ” Premyer Liqaya yüksələn klubu arxada qoydu[/b]

Ağdamın “Qarabağ” klubu UEFA reytinqində daha 1 pillə irəliləyib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Viktoriya” ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz siyahıda 116-cı pilləyə yüksəlib.

 

Hesabına 0,075 xal əlavə edən Qurban Qurbanovun yetirmələri son 5 mövsümün nəticələrinə əsasən əmsalını 14,100-ə çatdırıb. Bunun 1,900-ü cari mövsümə təsadüf edib. 2012/13 mövsümündə 0,600, ardınca 2,000 xal toplayan “Qarabağ” qrupa düşdüyü son iki ildə əvvəl 5,725, sonra 3,875 xal qazanmışdı.

 

Belə çıxış ötən həftə 120-ci pilləni 117-yə, bu dəfə isə 116-ya dəyişməyə imkan verib. Qurbanovun komandası hesabında 14,049 xal olan “Hall Siti”ni arxada qoyub. Bu il İngiltərə Premyer Liqasına qayıdan klub bu əmsala əvvəlki mövsümlərdə nail olub.

 

Qeyd edək ki, “ağ-göylər” Azərbaycan klubları arasında ən yaxşı nəticəyə malikdi. Siyahıya isə “Real” başçılıq edir – 144,428. “Bavariya”nın 134,328, “Barselona”nın 129,428 xalı var.

 

0