[b]“Fənərbaxça” qalib gəldi, “Astana” üstünlüyü əldən verdi[/b]
28.07.2016 - 09:00
[b]“Fənərbaxça” qalib gəldi, “Astana” üstünlüyü əldən verdi[/b]

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

 

Qonşu Türkiyənin təmsilçisi “Fənərbaxça” öz meydanında “Monako”ya qalib gəlib – 2:1. İstanbul klubu Emenikenin qolları sayəsində azarkeşlərini sevindirib.

 

Baş tutan 6 qarşılaşmadan üçü heç-heçə ilə nəticələnib. Qazaxıstan “Astana”sı öz meydanında “Seltik”lə görüşdə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyunlar

27 iyul

“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 1:1

Loqvinenko, 19 - Qriffit, 78.

“Rusenborq” (Norveç) - APOEL (Kipr) - 2:1

Qitkyaer, 23. Skyelvik, 45 - Efrem, 67.

“Astra (Rumıniya) – “Kopenhagen” (Danimarka) - 1:1

Teyşeyra, 8 - Delani, 64.

“Trençin” (Slovakiya) – “Legiya” (Polşa) - 0:1

Nikoliç, 69.

“Fənərbaxça” (Türkiyə) – “Monako” (Fransa) - 2:1

Emenike, 39; 61 - Falkao, 42.

“Olimpiakos” (Yunanıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail) - 0:0

0