“Torpedo”nun oyununda azərbaycanlı nümayəndə
28.07.2016 - 10:01
“Torpedo”nun oyununda azərbaycanlı nümayəndə

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Rapid" (Avstriya) - "Torpedo" (Belarus) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

 

Bu matç avqustun 4-də baş tutacaq. Görüş Avstriyanın Vyana şəhərindəki  “Veststadion”da keçiriləcək.

0