Dünya çempionatının 4-cü iştirakçısı
28.07.2016 - 12:27
Dünya çempionatının 4-cü iştirakçısı

Libertadores kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kolumbiyanın “Atletiko Nasyonal” klubu tarixində 2-ci dəfə Cənubi Amerikanı ən nüfuzlu klub turnirinin qalibi olub.

 

Kolumbiyalılar finalda Ekvadorun “İndependente” klubunu məğlub edib. Səfər matçında 1:1 hesablı heç-heçəyə nail olan “Atletiko Nasyonal” evdə kuboku qazandıran nəticəyə imza atıb – 1:0.

 

1989-cu ildə də turnirin qalibi olan Kolumbiya təmsilçisi 27 ildən sonra uğurunu təkrarlayıb. Bununla da “Atletiko Nasyonal” klublararası dünya çempionatına da vəsiqə qazanıb.

 

Dekabrın 8-18-də Yaponiyada baş tutacaq çempionatda iştirak edəcək 7 klubdan 4-ü bəllidi. Burada Okeaniyanı “Oklend Siti” (Yeni Zelandiya), Avropanı “Real” (İspaniya), KONKAKAF zonasını “Amerika” (Meksika), Cənubi Amerikanı “Atletiko Nasyonal” (Kolumbiya) təmsil edəcək.

0