[b]“Lill”dən qorxmuruq” – Teo Uiks[/b]
28.07.2016 - 15:00
[b]“Lill”dən qorxmuruq” – Teo Uiks[/b]

“Rəqibimizə hörmət edirik. Ancaq onlardan qorxmuruq”. Apasport.z saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Teo Uiks deyib.

 

Azərbaycan təmsilçisi Avropa Liqasının (AL) III təsnifat mərhələsi çərçivəsində bu gün “Lill” klubu ilə ilk matçına çıxacaq.

 

“Qəbələ”nin yeni transferi oyundan öncə bushchicken.com saytına açıqlama verib. Komandası barədə müsbət fikirlər səsləndirən Uiks bugünkü qarşılaşmanın asan olmayacağını etiraf edib: “Futbol oynamağa çalışacağıq. Matça yaxşı hazırlaşmışıq. Həm oyuna, həm də növbəti mərhələyə keçməyə tam hazırıq. Amma bilirik ki, çətin görüş olacaq. Buna baxmayaraq, komandamda keyfiyyət olduğuna əminəm. İlk mərhələdən mübarizəyə başlamışıq və bura qədər irəliləmişik. Güclü komandalarla qarşılaşsaq da, onları mübarizədən kənarlaşdıra bilmişik. Həm fiziki, həm də psixoloji baxımdan “Lill”lə oyuna da hazırıq”.

 

Qeyd edək ki, “Lill” – “Qəbələ” matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi polşalı Daniel Stefanski olacaq. 

0