[b]“Qəbələ”nin rəqibi nə vaxt müəyyənləşəcək?[/b]
28.07.2016 - 15:45
[b]“Qəbələ”nin rəqibi nə vaxt müəyyənləşəcək?[/b]

UEFA Gənclər Liqasının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ” üçün də püşkatma və ilkin mərhələ oyunlarının vaxtı bəlli olub.

 

Təmsilçimizin U-19 komandasının mübarizə aparacağı “Çempionlar yolu”nun ilk iki mərhələsinin püşkü avqustun 30-da atılacaq. Həmin gün 32 ölkənin çempionu 16 cütlük təşkil edəcək. Həmçinin 16 cütlük 2-ci mərhələnin 8 duelinin potensial iştirakçılarını müəyyənləşdirəcək.

 

Artıq bu 32 komandanın tam siyahısı da bəllidi: “Qəbələ” (Azərbaycan), “Malaqa” (İspaniya), “Anderlext” (Belçika), “Roma” (İtaliya), “Porto” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Dinamo” (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), “Sürix” (İsveçrə), “Altınordu” (Türkiyə), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Vitorul” (Rumıniya), “Zalsburq” (Avstriya), APOEL (Kipr), “Dinamo” (Xorvatiya), “Makkabi” (Hayfa, İsrail), AİK (İsveç), “Liteks” (Bolqarıstan), “Rusenborq” (Norveç), “Midtyulland” (Danimarka), “Seltik” (Şotlandiya), “Nitra” (Slovakiya), “Domjale” (Sloveniya), “Kayrat” (Qazaxıstan), “Şerif” (Moldova), HİK (Finlandiya), “Legiya” (Polşa), “Şaxtyor” (Belarus), “Çuklariçki” (Serbiya), “Puşkaş Akademiya” (Macarıstan), “Dinamo” (Tiflis, Gürcüstan).

 

Qeyd edək ki, I mərhələnin oyunları sentyabrın 27-28-də və oktyabrın 18-19-də baş tutacaq. Növbəti mərhələnin matçları isə 1-2 və 22-23 noyabrda keçiriləcək.

0