Kloze qayıtmaq istəmir
28.07.2016 - 16:14
Kloze qayıtmaq istəmir

“Latsio”dan ayrılan Miroslav Klozenin yeni klubunun adı hələ müəyyənləşməyib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Almaniya yığmasının sabiq üzvü ölkəsinə qayıtmaq istəmir.

 

Belə ki, Kloze onunla maraqlanan “Kayzerslautern” klubunun təklifini müsbət cavablandırmayıb.

 

38 yaşlı forvardla Çin və MLS təmsilçiləri də yaxından maraqlanırlar. Klozenin ABŞ-a köçmək şansı daha çox dəyərləndirilir.

 

Qeyd edək ki, 2011-2016-cı illərdə “Latsio”nun formasını geyinmiş Kloze bu komandanın heyətində 170 oyunda 64 qola imza atıb. 

0