[b]İbrahimoviç “Mançester Yunayted”də ilk məşqə çıxdı[/b] - FOTO
28.07.2016 - 19:32
[b]İbrahimoviç “Mançester Yunayted”də ilk məşqə çıxdı[/b] - FOTO

“Mançester Yunayted”in yeni transferi Zlatan İbrahimoviç klubun düşərgəsinə qoşulub. Apasport.az saytı xəbər verir ki, isveçli hücumçu “mankunianlar”ın heyətində ilk məşqini də keçirib.

 

İbrahimoviç İsveç millisinin heyətində AÇ-2016-da iştirak etdiyindən, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ona istirahət vermişdi.

 

Qeyd edək ki, İbrahimoviç “qırmızı şeytanlar”a PSJ-dən keçib.   

0