[b]Rio-2016: Qılıncoynadanımız üçün Besbes[/b]
05.08.2016 - 16:08
[b]Rio-2016: Qılıncoynadanımız üçün Besbes[/b]

Rio Olimpiadasında qılıncoynatma yarışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Oyunlarda yeganə təmsilçimiz Səbinə Mikina da rəqibini tanıyıb.

 

Sablya yarışlarında ölkəmizi təmsil edəcək qılıncoynadanımız 1/16 finaldan mübarizəyə başlayacaq. O, növbəti mərhələ üçün tunisli Azza Besbeslə münasibətinə aydınlıq gətirəcək.

 

Bu növ üzrə yarışlar avqustun 8-nə təsadüf edəcək. Həmyerlimizin Bakı vaxtı ilə saat 17:00-dan sonra mübarizəyə qoşulacaq.

 

Qeyd edək ki, bu, Mikinanın ikinci Olimpiadasıdı. O, London-2012-də 1/32 finalda almaniyalı Aleksandra Bujdosoya 15:13 hesabı ilə qalib gəlsə də, ardınca ukraynalı Olqa Xarlanla 10:15 hesablı məğlubiyyət olmuşdu.

0