[b]Rio-2016: Felpsdən 27-ci medal və 1 mükafatın 3 sahibi[/b]
13.08.2016 - 10:41
[b]Rio-2016: Felpsdən 27-ci medal və 1 mükafatın 3 sahibi[/b]

Rio-2016-da qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, üzgüçülüyün 100 m məsafəyə batterflyay üsulu ilə yarışmasında 3 idmançı gümüş medal qazanıb.

 

Buna eyni vaxtda 3 üzgüçünün eyni göstəriciyə imza atması səbəb olub. Bu medalın 3 şərikindən biri əfsanəvi Maykl Felps olub. Dünya tarixinə Olimpiadaların ən çox çempion və mükafatçı olan idmançı kimi düşən amerikalı 27-ci medalını qazanıb.

 

Bunadək 22 qızıl, 2 gümüş və 2 bürüncü olan amerikalı 3-cü dəfə ikinci yeri tutub. O, macarıstanlı Laslo Çex və CAR idmançısı Çad le Klosla eyni nəticə göstərdiyindən hər üç üzgüçüyə gümüş medal verilib. Bürünc isə təqdim olunmayıb.

 

Qeyd edək ki, bu yarışın qalibi məsafəni 50,39 saniyəyə qət edən sinqapurlu Cozef Şulinq olub.

0