[b]Rio-2016: Azərbaycan idmançılarının X günü[/b]
14.08.2016 - 02:27
[b]Rio-2016: Azərbaycan idmançılarının X günü[/b]

Braziliyada keçirilən Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışların X günündə 5 idmançımız mübarizə aparacaq.

 

Boksçularımız Lorenzo Sotomayor və Teymur Məmmədov növbəti döyüşlərini keçirəcəkləri halda, güləş yığmamızın üzvləri Rövşən Bayramov və Elvin Mürsəliyev mötəbər turnirdə debüt edəcəklər.

 

Velosipedçimiz Olqa İsmayılova isə gücünü sprint növündə sınayacaq.

 

Olimpiya Oyunları

X gün

 

Güləş

1/16 final

17:05. Elvin Mürsəliyev (75 kq) – Rəşad Fevzi Mahmud Sebye (Misir)

 

1/8 final

17:15. Rövşən Bayramov (59 kq) – Rayber Xose Orozko Rodrigez (Venesuela)

 

 

Boks

1/8 final

02:15. Lorenzo Sotomayor (64 kq) – Hassan Amzile (Fransa)

 

1/4 final

03:00. Teymur Məmmədov (81 kq) – Adilbek Niyazimbetov (Qazaxıstan)

 

Velosiped idmanı

Sprint

Təsnifat mərhələsi

23:00. Olqa İsmayılova

0