[b]“Konkret nə çatışmadığını deyə bilməyəcəm” – Rüstəm Orucov[/b]
14.08.2016 - 20:53
[b]“Konkret nə çatışmadığını deyə bilməyəcəm” – Rüstəm Orucov[/b]

“Bizə hazırda 10 gün istirahət veriblər. Ondan sonra yenidən məşqlərə başlayacağıq. Hələ qarşıda çox yarış var”. Apasport.az saytının məlumatına görə, bu sözləri cüdo üzrə Azərbaycan yığmasının üzvü Rüstəm Orucov deyib.

 

Rio-2016 Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində gümüş medal qazanan idmançımız vətənə dönüşdə onları qarşılayan media nümayəndələrinin suallarını cavablandırıb.

 

Gənc cüdoçumuz gələcək planları haqqında da danışıb: “Bizi qarşıda İslam Oyunları gözləyir. Əsas hədəfimiz orda layiqincə çıxış etməkdir”.

 

Braziliyada keçirdiyi görüşlər haqqında suala cavab verən Rüstəm onun üçün ən çətin döyüşün məhz finaldakı qarşılaşma olduğunu deyib: “İlk 4 mübarizənin hamısında qalib gəldim. Gördüyünüz kimi ən çətin görüşüm yapon cüdoçuya qarşı oldu. Yeganə ona məğlub oldum. Qızıl qazanmaq üçün konkret nə çatışmadığını deyə bilməyəcəm. İnşallah gələn turnirdə o da olacaq”.

0