[b]“Məhəmmədrəsul Məcidovla 3 raund döyüşmək istəyirdim”[/b] - FOTO
15.08.2016 - 12:09
[b]“Məhəmmədrəsul Məcidovla 3 raund döyüşmək istəyirdim”[/b] - FOTO

Qazaxıstan boksçusu İvan Dıçko Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidovla döyüş barədə danışıb. Apasport.az saytının məlumatına görə, +90 kq çəki dərəcəsində mübarizə aparan idmançı Olimpiya mükafatçımızı mübarizədən kənarlaşdırmasının əsas səbəblərini açıqlayıb.

 

- 2013-cü ildə Almatıda keçirilən dünya çempionatında Məhəmmədrəsul Məcidova uduzmuşduz. Rioda qarşılaşmaya revanş arzusu ilə çıxdığınızı demək olarmı?

- Əlbəttə. Qisas istəyi vardı. Amma tamamilə Almatıdakı yenilginin revanşı üçün köklənməmişdim. Mənim üçün ilk növbədə indiki yarışın nə dərəcədə məsuliyyətli olması və irəliləmək istəyidi.

 

- Belə bir rəqiblə döyüşün erkən bitməsinə məyus olmadız ki?

- Döyüş gözlədiyim kimi olmadı. Özüm üçün ciddi itki olmadan 3 raund keçirilməsini istəyirdim. Amma boks elə bir idman növüdü ki, orada hər bir gözlənilməzlik mümkündü. Təəssüf ki, bu mənim döyüşümdə yaşandı (Məcidovun gözləri qanadığı üçün yarışı yarımçıq dayandırıb - red).

 

- Qarşılaşma üçün taktiki tapşırığınız necə idi?

- Rəqibi məsafədə, öz başımdan uzaqda saxlamalı idim. İlk raundda bədənə bir neçə zərbə buraxdım. Amma hesab edirəm ki, bu, rinqdəki çoxsaylı hərəkətlərim hesabına oldu. İlk raunddan sonra məşqçilərin tapşırıqlarını dinlədim və özüm qərar qəbul etdim ki, daha az hərəkətli olub, döyüşü nəzarətdə saxlayım.

 

- Nigeriyadan olan növbəti rəqibiniz haqda nə deyə bilərsiz?

- O, fiziki gücə və yaxşı zərbəyə malik boksçudu. Hündürboydu, uzun əlləri var. Buna uyğun taktika seçib, hazırlıq planı quracağıq. Qarşıda 3 gün vaxtımız var. Onsuz da hündürboyla döyüşmək mənə daha rahatdı. 

0