[b]Rio-2016: İnna Osipenko-Radomska finala yüksəldi - YENİLƏNİB[/b]
15.08.2016 - 18:14
[b]Rio-2016: İnna Osipenko-Radomska finala yüksəldi - YENİLƏNİB[/b]

Rio-2016-da bu gün kayak yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu növdə Azərbaycanı Olimpiya və dünya çempionu İnna Osipenko-Radomskaya təmsil edir.

 

34 yaşlı idmançı Rioda ilk cəhdində 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə seçmə yürüşünə qatılıb. Kayaçımızın təsnifat mərhələsində rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və CAR təmsilçisi Bricit Ellen Hartli olublar. Təcrübəli Osipenko-Radomskaya yürüşü 1-ci pillədə başa vuraraq, yarımfinala yüksəlib. Finişə 40,702 saniyəyə çatan milliləşən ukraynalı təsnifat mərhələsinin 28 iştirakçısı arasında isə 5-ci nəticəni göstərib.

 

İnna yarımfinalda ikinci yürüşdə iştirak edib və 4-cü zolaqda yer alıb. Kayakçımızın rəqibləri argentinalı Sabrina Amegino, avstriyalı Viktoriya Şvarts, macarıstanlı Nataşa Duçev-Yaniç, fransalı Sara Quyo, sloveniyalı Spela Ponomarenko Yaniç, çinli Yu Ju və danimarkalı Henriet Hansen olub. Bu dəfə də idmançımız finişə birinci çatıb. O, 39,803 saniyəlik göstərici ilə finala vəsiqə əldə edib.

 

Ən güclü 8 kayakçının iştirakı ilə həlledici yürüş sabah saat 16:47-də başlayacaq.

 

Qeyd edək ki, Ukrayna yığmasının heyətində Pekin-2008-də qızıl, London-2012 də 2 gümüş və Afina-2004-də bürünc medal qazanan Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə avqustun 17-də start götürəcək.

 

 

0