[b]Rio-2016: Maykl Felps idman növünü dəyişdi[/b]
16.08.2016 - 12:39
[b]Rio-2016: Maykl Felps idman növünü dəyişdi[/b]

Əfsanəvi amerikalı üzgüçü Maykl Felps karyerasına rəsmən son qoyduğunu açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 23 qat Olimpiya çempionu özü məlumat verib.

 

Felps 4 il öncə də analoji çıxışla diqqət çəkmiş, lakin sonradan fikrini dəyişmişdi. Amma 31 yaşlı idmançı bu dəfə bir daha üzgüçülüyə qayıtmayacağını açıqlayıb. O, bundan sonra qolf oynayacağını vurğulayıb: “Karyeramı bu cür bitirdiyim üçün çox xoşbəxtəm. Bundan sonra qolfla məşğul olacam. Artıq ailəmlə vaxt keçirəcəm və günəşdən həzz alacam”.

 

Qeyd edək ki, Braziliyada keçirilən Yay Olimpiya Oyunlarını 5 qızıl və 1 gümüş medalla qapayan Maykl Felps karyerası ərzində Olimpiadalarda 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. O, həm də 27 qat dünya çempionudu.

0