[b]Rio Olimpiadasında qeyri-adi nişan: Kişi atletlər evlənir [/b]
16.08.2016 - 12:44
[b]Rio Olimpiadasında qeyri-adi nişan: Kişi atletlər evlənir [/b]

 

Rio-2016 qeyri-adi hadisələr baş verməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Braziliyada bu dəfə Böyük Britaniya millisinin atleti Tom Bosvort diqqət mərkəzinə düşüb.

 

İdman yerişi üzrə yarışda ölkəsinin şərəfini qoruyan gey idmançı “sevgilisi”ni məşhur Kopakabana çimərliyinə apararaq, ona evlilik təklif edib. O da öz növbəsində Toma müsbət cavab verib.

 

Bu, Rio Olimpiadası zamanı eynicins təmsilçilərinin ilk belə “nişanı” deyil. Bunadək Rio-de-Janeyrodakı stadionun xanım əməkdaşı yerli yığmanın reqbiçisinə evlilik təklif etmişdi.

 

Qeyd edək ki, Rio-2016 Olimpiadalar tarixinə evli olan eynicins nümayəndələrinin qatıldığı ilk kimi düşüb. Belə ki, Böyük Britaniyanın otüstü hokkey yığmasının üzvləri Keyt və Helen Riçardsson-Uolş cütlüyü hələ 2013-cü ildə rəsmi nikah bağlayıblar.

 

0