[b]Rio-2016: Yanğın baş verdi, idmançılar köçürüldü[/b]
16.08.2016 - 13:12
[b]Rio-2016: Yanğın baş verdi, idmançılar köçürüldü[/b]

Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda yanğın baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu, velosiped yarışının iştirakçılarına ciddi mənada təsir edib.

 

Hadisə şəhərin qərbində yerləşən Deodoro bölgəsində olub. Meşədə baş verən yanğın küləyin də təsiri ilə qısa müddətdə geniş yayılıb. Yanğın dağ velosipedi üzrə iştirakçıların məskən saldığı bölgəyə yaxınlaşdığından, onlar həmin ərazidən dərhal köçürülüblər.

 

Bu hadisə qadınlar arasında keçirilən otüstü hokkey oyunlarına da təsirsiz ötüşməyib. Belə ki, ABŞ – Almaniya və Böyük Britaniya – İspaniya qarşılaşmaları zamanı ərazini duman bürüsə də, bu görüşlər sona qədər oynanılıb.

 

Beynəlxalq Velosiped Birliyi rəsmiləri sabah keçiriləcək dağ velosipedi üzrə yarışlar öncəsi Deodoro bölgəsinə gedərək, idmançıların yarışacağı ərazilərə baxış keçirəcəklər.

0