[b]Kayakçımızdan ilk, Azərbaycan 6-ya çatdı[/b]
16.08.2016 - 17:00
[b]Kayakçımızdan ilk, Azərbaycan 6-ya çatdı[/b]

Kayak yarışları Azərbaycan idman tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, bu idman növü təmsilçilərimizin Olimpiadalarda medal qazandığı 6-cı növdü.

 

Belə ki, müstəqil Azərbaycan tarixində ilk də kayakçımız Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşüb. Bunu Rio-2016-da 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən İnna Osipenko-Radomskaya rəsmiləşdirib. Əvvəllər Ukraynanın şərəfini qoruyan 34 yaşlı idmançı karyerasının 4-cü medalı ilə Azərbaycan kayak idmanına ilk belə uğur qazandırıb.

 

1996-cı ildən müstəqil ölkə kimi Olimpiadalara qatılan Azərbaycan kayakda əldə etdiyi nailiyyətə qədər yalnız 5 idman növündə Olimpiya medalı əldə etmişdi. Bunlar güləş, atıcılıq, cüdo, boks və ağırlıqqaldırmadı. Kayak bu siyahıda 6-cı olub. 

0