[b]Rio-2016: Mariya Stadnik və Yuliya Ratkeviç ilk rəqiblərini tanıdı[/b]
16.08.2016 - 21:38
[b]Rio-2016: Mariya Stadnik və Yuliya Ratkeviç ilk rəqiblərini tanıdı[/b]

Rio Olimpiadasında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, sabahdan etibarən xanım güləşçilərin medal həyəcanına start veriləcək.

 

İlk olaraq iki təmsilçimiz – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) döşək üzərinə çıxacaqlar.

 

Yarışa 1/8 finaldan başlayacaq xanım idmançılarımızın artıq ilk rəqibləri də bəlli olub.

 

Mariya Stadnik gücünü argentinalı Alexandra Patrisia Bermudez üzərində sınaqdan keçirəcək. Bu görüş 17:48-də başlayacaq.

 

Yuliya Ratkeviç isə başlanğıcda ukraynalı Oksana Herhel ilə üz-üzə gələcək. Qarşılaşma 17:56-ya planlaşdırılıb.

0