[b]Rio-2016: Braziliya büdrədi, finalda Avropa dueli[/b]
17.08.2016 - 09:03
[b]Rio-2016: Braziliya büdrədi, finalda Avropa dueli[/b]

Rio-2016-da qadın futbolçuların yarışında yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk finalçı Braziliya – İsveç qarşılaşmasında müəyyənləşib.

 

Qolsuz bitən görüşün qalibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan skandinaviyalılar 4:3 hesabı ilə qalib gəlib.

 

Digər yarımfinalda isə Almaniya Kanadanı məğlub edib – 2:0. Hər hissədə bir qol vuran Bundestim avqustun 19-da baş tutacaq finalda İsveçlə üz-üzə gələcək. Avropalıların qızıl medal üçün mübarizəsi ilə eyni gündə gün keçiriləcək III yer uğrunda matçda isə Amerika təmsilçiləri – Braziliya və Kanada qarşılaşacaq.

 

Rio-2016

Futbol, qadınlar

Yarımfinal

Braziliya – İsveç – 0:0, pen. 3:4

Kanada – Almaniya – 0:2

0