[b]“Olimpiadada həmyerlimlə üz-üzə gələndə fərqli hisslər keçirdim”[/b]
17.08.2016 - 11:36
[b]“Olimpiadada həmyerlimlə üz-üzə gələndə fərqli hisslər keçirdim”[/b]

“Biz Sotomayorla həmyerli olsaq da, fərqli ölkələri təmsil edirdik. Olimpiadada kubalı, həmyerlimlə üz-üzə gələndə fərqli hisslər keçirdim”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Kuba yığmasının üzvü Yasiner Toledo deyib.

 

Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor (64 kq) dünən gecə Toledo ilə qarşılaşıb. Kuba əsilli idmançı həmyerlisini hər üç raundda üstələyərək, yarımfinala vəsiqə qazanıb və ən azı bürünc medalı təmin edib.

 

Toledo görüşdən sonra Kuba mətbuatına qısa açıqlamasında məğlubiyyəti şərh edib. 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı Sotomayorun ondan güclü olduğunu etiraf edib: “Həmyerli olsaq da, qonq səsi eşidilən kimi hər şeyi unutdum və yalnız qələbə qazanmaq üçün döyüşə başladım. Əvvəllər ona 3 dəfə qalib gəlmişəm. Ancaq bu dəfə Lorenzo daha güclü idi. Etiraf edim ki, bu gün bacarmadım”.

 

Qeyd edək ki, Lorenzo Sotomayor yarımfinalda Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyanla döyüşəcək. Bu görüş avqustun 19-da baş tutacaq.

0