[b]“Klassik"lər “parter”də[/b]
17.08.2016 - 12:59
[b]“Klassik"lər “parter”də[/b]

Rio-2016-da yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, 3 gün ərzində davam edən mübarizədə 6 dəst medalın sahibi müəyyənləşib.

 

Ümumilikdə oynanılan 24 mükafatın ikisi Azərbaycan idmançılarına nəsib olub. Rəsul Çunayev 66 kq, Sabah Şəriəti 130 kq çəki dərəcəsində 3-cü yerlə kifayətlənib. İki bürünc medal qazanan milli komandamız 5 idmançı ilə qatıldığı bu növdə 9-cu yerə şərik olub.

 

Yığmamız daim favoritlər sırasında yer alan İranla eyni göstəriciyə malikdi və hər iki qonşu ölkə medal sıralamasında ilk “onluğ”un son pillələrinə - 9-10-cu yerləri bölüb.

 

Rio-2016-nın 24 medalını 16 ölkə təmsilçisi qazanıb. Yalnız Kuba və Rusiya 3 dəfə fəxri kürsüdə yer alıb ki, hər iki ölkə 2 çempionluğa sevinib. Amma mərkəzi amerikalılar 3-cü medalın əyarına görə ən yaxşı olub. 6 çəki dərəcəsində qızıl medallar isə 4 ölkə təmsilçisinə nəsib olub.

 

Rio-2016 yunan-Roma güləşində medallar

 

 

yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Kuba

2

1

0

3

2

Rusiya

2

0

1

3

3

Ermənistan

1

1

0

2

4

Serbiya

1

0

0

1

5

Türkiyə

0

1

1

2

6-8

Danimarka

0

1

0

1

 

Ukrayna

0

1

0

1

 

Yaponiya

0

1

0

1

9-10

Azərbaycan

0

0

2

2

 

İran

0

0

2

2

11-16

Almaniya

0

0

1

1

 

Belarus

0

0

1

1

 

Cənubi Koreya

0

0

1

1

 

Gürcüstan

0

0

1

1

 

Norveç

0

0

1

1

 

Özbəkistan

0

0

1

1

 

 

İki medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi son Olimpiya Oyunları ilə müqayisədə geriləməkdə davam edib. 1996-cı ildə müstəqil ölkə kimi ilk dəfə dördilliyin ən mötəbər yarışına qatılan yığmamız debütdə və 2000-ci ildə medala həsrət qalsa da, ardıcıl 4 Olimpiadadı medalsız qalmır. Amma bu mükafatlar əyarının dəyəri baxımından yarışdan-yarışa geriləyir. Bu növdə yeganə qızılımız 2004-cü ilə təsadüf edibsə, 2008-də 2 gümüş, 2012-də isə sonuncu finalımıza sevinmişik. Bu dəfə isə komandamız 16 ildən sonra ilk dəfə Olimpiada ilə qızıl üçün döyüşmədən vidalaşdı.

 

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz Olimpiadalardakı medal sayını 7-yə çatdırıb. Bunlardan biri qızıl, 3-ü gümüş, 3-ü bürüncdü.

 

 

Azərbaycan yunan-Roma güləşi yığması Olimpiadalarda

 

il

Qızıl

Gümüş

Bürünc

Cəmi

1996

0

0

0

0

2000

0

0

0

0

2004

1

0

0

1

2008

0

2

0

2

2012

0

1

1

2

2016

0

0

2

2

 

0