[b]Rio-2016: Natalya Sinişinin rəqibi bəlli oldu – 3 qat olimpiya, 13 qat dünya çempionu[/b]
17.08.2016 - 21:49
[b]Rio-2016: Natalya Sinişinin rəqibi bəlli oldu – 3 qat olimpiya, 13 qat dünya çempionu[/b]

Rio Olimpiadasında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün turnirdə iştirak edən sonuncu xanım güləşçimizin də rəqbinin kimliyi bəlli olub.

 

Belə ki, ölkəmizi 53 kq çəki dərəcəsində təmsil edən Natalya Sinişin Olimpiya Oyunlarına 1/8 final mərhələsindən start verəcək. Onun rəqibi isə əfsanəvi yapon güləşçi Saori Yoşida olacaq.

 

Yapon idmançı son üç Olimpiadanın (Afina-2004, Pekin-2008, London-2012) və 2002-ci ildən 2015-ci ilə kimi (2004-cü il istisna olmaqla) bütün dünya çempionatlarının qızıl medalçısıdır. O, son iki titulu 53 kq, qalan mükafatlarını isə 55 kq çəki dərəcəsində qazanıb.

 

Qeyd edək ki, 13 qat dünya çempionluğu kişilər və qadınlar arasında mütləq rekorddur.

0