[b]Rio-2016: Azərbaycan yığmasından daha bir ilk[/b]
18.08.2016 - 09:16
[b]Rio-2016: Azərbaycan yığmasından daha bir ilk[/b]

Taekvondo yarışları Azərbaycan idman tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, bu idman növü təmsilçilərimizin Olimpiadalarda medal qazandığı 7-ci növdü.

 

Belə ki, müstəqil Azərbaycan tarixində ilk dəfə taekvondoçumuz Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşüb. Bunu Rio-2016-da 49 kq çəki dərəcəsində çıxış edən Patimat Abakarova rəsmiləşdirib. 22 yaşlı idmançı Azərbaycan taekvondo idmanına ilk belə uğur qazandırıb.

 

1996-cı ildən müstəqil ölkə kimi Olimpiadalara qatılan Azərbaycan taekvondoda əldə etdiyi nailiyyətə qədər yalnız 6 idman növündə Olimpiya medalı əldə etmişdi. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma və kayak və kanoe ilə avarçəkmədi. Taekvondo bu siyahıda 7-ci olub. 

 

Qeyd edək ki, kayak və kanoe ilə avarçəkmə növündə də ilki Rioda yaşamışıq. Təmsilçimiz İnna Osipenko-Radomskaya bu növdə ölkəmizə ilk mükafatı – bürüncü qazandırıb.

 

0