[b]Rio-2016: “Marakana”da Braziliya – Almaniya finalı[/b]
18.08.2016 - 09:20
[b]Rio-2016: “Marakana”da Braziliya – Almaniya finalı[/b]

Rio Olimpiadasında kişilər futbol yarışlarında finalçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, yarımfinal qarşılaşmalarına yekun vurulub.

 

Braziliya yığması Hondurası 6:0 hesabı ilə darmadağın edibsə, Almaniya Nigeriyanı daha gərgin keçən görüşdə qələbə qazanıb.

 

Bundestim iki cavabsız qolla afrikalıları üstələyib – 2:0. Beləliklə, avqustun 20-də baş tutacaq həlledici matçda Almaniya və Braziliya qarşılaşacaq. “Marakana”dakı bu matç saat 00:30-da başlayacaq. Saat 22:00-da isə 3-cü yer uğrunda qarşılaşmada Nigeriya ilə Honduras görüşəcək.

 

Rio-2016

Futbol, kişilər

Yarımfinal

17 avqust

 

Braziliya - Honduras - 6:0
Neymar, 1; 90+1-pen. Qabriel Xesus, 26; 35. Markinyos, 61. Luan Viera, 79

Nigeriya - Almaniya – 0:2

Klosterman, 9, Petersen, 89

0