[b]Rio-2016: Azərbaycanlı atlet finalda[/b]
18.08.2016 - 09:36
[b]Rio-2016: Azərbaycanlı atlet finalda[/b]

Rio-2016-da atletikanın 200 m məsafəyə qaçış növündə yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 3 yürüşün hərəsində ilk iki yeri tutan idmançılar finala birbaşa vəsiqə qazanıb.

 

Dünya rekordçusu Useyn Bolt hamıdan yaxşı nəticə göstərib. Özünün mövsümdə ən yaxşı nəticəsini göstərən yamaykalı məsafəni 19,78 saniyəyə qət edib.

 

7 qat Olimpiya çempionunun finaldakı rəqiblərindən biri də azərbaycanlı atlet Ramil Quliyev olacaq. Türkiyə millisinin şərəfini qoruyan təmsilçimiz həlledici raunda 4-cü yerlə çıxıb.

 

Belə ki, 3 qaçışın hərəsindən ilk iki yerlə yanaşı, digərləri arasında ən yaxşı nəticəyə malik iki atlet də finala çıxıb. Quliyev 20,09 nəticə ilə Bolta rəqib olmağı bacarıb.

 

Qeyd edək ki, 200 m məsafəyə qaçışda final bu gecə saat 05:30-da olacaq.

 

 

0