[b]Rio-2016: "Bürünc"ün dəyəri - 370 min dollar və dövlət qulluqçusu olmaq imkanı[/b]
18.08.2016 - 14:02
[b]Rio-2016: "Bürünc"ün dəyəri - 370 min dollar və dövlət qulluqçusu olmaq imkanı[/b]

Rio-2016-nın qadın güləşi yarışlarında bürünc medal qazanan hindistanlı Sakşi Malikin alacağı mükafat açıqlanıb. Apasport.az saytının məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı yaşadığı Haryan ştatının rəhbərliyindən 370 min dollar mükafat alacaq.

 

Bundan başqa, güləşçiyə dövlət qulluğuna işə qəbul olmaq imkanı yaradılacaq. Buna səbəb, Malikin ölkəsinə XXXI Yay Olimpiya Oyunlarının ilk mükafatını qazandırmasıdı.

 

3-cü yer uğrunda qarşılaşmada qırğızıstanlı Aysulu Tınıbekovu son dəqiqədə məğlub edən hindistanlı final fitindən 7 saniyə qalmış bərabər olan hesabı xeyrinə dəyişib – 8:5.

 

Sakşinin favoritlər sırasında olmadığı yarışın uğurla başa çatdırması Hindistanın baş naziri Narendra Modinin də diqqətindən yayınmayıb. O, sosial şəbəkədə həmyerlisini təbrik edib: “Sakşi Malik tarix yazır. Onu bürünc medal qazanması münasibətilə təbrik edirəm. Bütün millət bunu bayram edir. Sakşinin qələbəsi Hindistan idmançılarını hələ uzun illər ilhamlandıracaq”.

 

İdmançının doğma ştatının baş naziri Manohar Lal Kxattar isə güləşçinin valideynlərinə zəng vuraraq təbriklərini çatdırıb.

 

Qeyd edək ki, Malik Hindistan tarixinə Olimpiya mükafatçısı olan ilk qadın güləşçi kimi düşüb.

 

 

0