SİZİN REKLAM BURADA

“Mən üçüncü olmuşamsa, o, çempion olmalıdı” – Kamran Şahsuvarlı

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarında Azərbaycana ilk medalı qazandıran Kamran Şahsuvarlı yarımfinal döyüşündən sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparmış boksçumuz öz nəticəsindən razı qaldığını bildirib.

 

-  Biz gördük ki, rəqib güclü idi və görüş də çox gərgin alındı. Sən özün nə deyə bilərsən bununla bağlı?

- Hazırda mənim çəkimin ən güclü idmançısı o hesab olunur. Mənim döyüşüm də alınmadı. Rəqibə yaxınlaşmaq istəyirdim, belə olanda da zərbə buraxırdım.

 

- Yəqin ki, əvvəlcədən rəqibin döyüşlərini izləmişdin. Ona uyğun olaraq öz çıxışını necə qurmuşdun? Hücum, yoxsa müdafiə?

- Bəli izləmişdim və ilk olaraq müdafiə taktikasında döyüşürdüm. Gərək müdafiə olunasan ki, zərbə buraxmayasan.

 

- Döyüşün sonunda, hakim qalibi elan edənə qədər ümidin var idi ki, qələbə qazanacaqsan? Çünki döyüş tam üstünlüklə keçmədi, demək olar ki, bərabərsəviyyəli mübarizə gedirdi...

- Rinqə çıxana qədər inanırdım. Hətta birinci raundun sonunda da ümidim var idi. Sonra müəllimlər dedi ki, uduzursan, onda bir az inamım itdi.

 

- Bəlkə kənardan belə deyilməyi səni ruhdan saldı, ola bilər?

- Xeyr, onsuz da hər raunddan sonra bu deyilməldi. Çünki məğlub olursansa, irəli getməlisən, bir az da aktiv olmalısan. Mənə də ikinci raunddan sonra deyəndə ki, geridəsən, mən də ona görə üçüncü raunddu bir az daha yaşı “işlədim”.

 

- Boks yığmamıza hələ ki, tək medal qazandıran sənsən. Sabah isə Lorenzo Sotomayor yarımfinal döyüşünə çıxır. Rəqibi də erməni idmançıdır. Sənin fikirlərin maraqlıdır...

- Lorenzoya uğurlar arzulayıram. Əgər mən üçüncü yer tutdumsa, o, birinci yer tutmalıdı. Çox istəyirəm ki, finala çıxsın.

 

- Lisenziyanı son anda qazanan və Olimpiadada bürünc əldə edən Kamran Şahsuvarlı öz nəticəsindən razıdırmı?

- Razıyam, bəli.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220