[b]Rio-2016: Bürünc medalçılar dopinqə “ilişdi”[/b]
19.08.2016 - 12:53
[b]Rio-2016: Bürünc medalçılar dopinqə “ilişdi”[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında ilk dopinq qalmaqalı yaşanıb. Apasport.az saytının məlumatına görə, ağırlıqqaldırma üzrə Qırğızıstan yığmasının üzvü İzzat Artikovun qanında qadağan olunmuş maddə aşkarlanıb.

 

Artikov 69 kq çəki dərəcəsində bürünc medal qazansa da, onun dopinq testi müsbət nəticələnib. Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) 22 yaşlı idmançının yarışlardan kənarlaşdırıldığını bəyan edib. Ancaq medalın onun əlindən alınıb-alınmaması ilə bağlı açıqlama verilməyib.

 

Həmçinin Moldova yığmasının kanoeçisi Sergey Tarnovski də eyni problemlə üzləşib. 1000 məsafəyə yürüşdə bürünc medal qazanan 19 yaşlı Tarnovskinin qanında dopinq aşkarlanıb. Beynəlxalq Kanoe Federasiyası məsələ ilə bağlı araşdırmanı davam etdirir.

 

Qeyd edək ki, Rio-2016-da həm Moldova, həm də Qırğızıstan hələlik cəmi 1 bürünc medal əldə ediblər ki, onlar da əllərindən alına bilər.

0