[b]Rio-2016: Marina Durunda Olimpiadanı 9-cu sırada başa vurdu - YENİLƏNİB[/b]
21.08.2016 - 01:11
[b]Rio-2016: Marina Durunda Olimpiadanı 9-cu sırada başa vurdu - YENİLƏNİB[/b]

Rio-2016-da bədii gimnastika yarışlarının final mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Braziliyada təmsil edən Marina Durunda da medallar uğrunda mübarizə aparıb.

 

Avropa Oyunlarının gümüş mükafatçısının rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina ilə Melitina Staiouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqar Neviana Vladinova olub.

 

Halqa, top, gürz və lentlə hərəkətlərdə məharətini göstərən idmançımız ilk çıxışını halqa ilə edib və 16,950 xal toplayıb. İkinci çıxışını toplarla həyata keçirən idmançımız bu dəfə 17.541 xal toplayıb. Gürzlə hərəkətdə isə xanım gimnastımız 17.716 xal toplayıb. O, son çıxışını lentlə edib. Son cəhdindən 17.541 xal toplayan təmsilçimiz yekunda 69.748 xal toplayaraq, sıralamanı 9-cu pillədə başa vurub.

 

Qeyd edək ki, bu yarışda qızıl və gümüş medalları uyğun olaraq rusiyalı gimnastlar Marqarita Mamun və Yana Kudryavtseva, bürünc medalı isə Qanna Rizatdinova qazanıb.

0