[b]Rio-2016: Useyn Boltdan 9-cu “qızıl”[/b]
20.08.2016 - 10:34
[b]Rio-2016: Useyn Boltdan 9-cu “qızıl”[/b]

Əfsanəvi atlet Useyn Bolt öz rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, yamaykalı atlet Rio-2016 Yay Olimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

 

Bolt bu dəfə 4X100 m estafet yarışında komanda yoldaşları Asafa Pouell, Yohan Bleyk və Nikel Aşmidlə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yamayka yığmasının 37.27 saniyəlik göstərici ilə çempion olduğu yarışı Yaponiya ikinci, Kanada isə üçüncü pillədə başa vurub.

 

Bununla Rioda 3-cü dəfə çempion olan Useyn Bolt ümumilikdə Olimpiadalarda 9 medal qazanıb. O, bundan öncəki iki Olimpiadanın da hərəsini 3 “qızıl”la qapamışdı.

 

30 yaşlı atlet öz uğurundan danışıb. O, son 3 Olimpiadanın hamısında 3 qızıl medal qazanmasına inanmadığını bildirib: “Mən dahiyəm. Artıq azadam və özümlə fəxr edirəm. Yuxularım çin oldu. Bu Olimpiadada mənə təzyiqlər çox idi. Buna baxmayaraq, böyük nailiyyət əldə etdim”.

0