[b]Rio-2016: Medal qazandı, fəxri kürsüyə çıxmasına icazə verilmədi[/b]
20.08.2016 - 11:06
[b]Rio-2016: Medal qazandı, fəxri kürsüyə çıxmasına icazə verilmədi[/b]

ABŞ yığması xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ölkənin 4х100 m estafet komandası finiş xəttinə 3-cü çatsa da, fəxri kürsüyə yüksəlməsinə icazə verilməyib.

 

Buna səbəb atletlərin ötürmə zamanı qaydaları pozması olub. Nəticədə medal qazanan ölkələrin siyahısına liderlik edən ABŞ bir mükafatından məhrum edilib. Yarışın təşkilat komitəsi rəsmən bildirib ki, 4х100 m estafet yarışında amerikalıların əvəzinə finişə onların ardınca çatmış Kanada yığması 3-cüdü. Yarışın mükafatlandırma mərasimində də fəxri kürsüyə kanadalılar qalxıb.

 

Qeyd edək ki, ilk iki pillədə müvafiq olaraq, Yamayka və Yaponiya atletləri qərarlaşıblar.

 

 

0