[b]Rio-2016: Useyn Bolt ikincidi[/b]
20.08.2016 - 14:21
[b]Rio-2016: Useyn Bolt ikincidi[/b]

Əfsanəvi atlet Useyn Bolt Yay Olimpiya Oyunları tarixində qızıl medal sayına görə ikinci pilləyə yüksəlib. Apasport.az saytının məlumatına görə, yamaykalı Braziliyadakı uğurlu çıxış sayəsində daha 4 idmançını geridə qoyub.

 

Rio-2016 Yay Olimpiya Oyunlarında 100 m, 200 m metr və 4X100 m estafet yarışını hamını qabaqlayaraq, Olimpiadalardakı “qızıl” sayını 9-a yüksəldib. O, bu nəticə ilə uzununa tullanma yarışlarının əfsanəsi Karl Lyuis (ABŞ), finlandiyalı atlet Paavo Nurmi, rusiyalı gimnast Larisa Latinina və amerikalı üzgüçü Mark Şpitsi geridə qoyub.

 

Hazırda isə qızıl medal sayına görə amerikalı üzgüçü Maykl Felq əlçatmazdı. Rio-2016-da da çempionluqları sıralayan Felpsin aktivində 23 Olimpiya “qızıl”ı var.

0